MAQATE rəhbəri Kursk AES-ə baxandan sonra Kiyevə gedəcək

24-08-2024, 16:54           
MAQATE rəhbəri Kursk AES-ə baxandan sonra Kiyevə gedəcək
Qrossi əlavə edib ki, Kursk vilayətinə səfəri zamanı əvvəlcə "yerindəcə vəziyyətlə tanış olmağı", daha sonra ekspertlər və hərbçilərlə söhbət etməyi planlaşdırır.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi gələn həftənin əvvəlində baş tutması gözlənilən Kursk vilayətinə səfərindən sonra Kiyevə səfər etməyi planlaşdırdığını bildirib.
"Kurska və Rusiya Federasiyasına səfərimdən sonra Kiyevdə olacağam və Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışmağa ümid edirəm" – o, Bloomberg TV-yə müsahibəsində deyib.
Bundan əlavə, Qrossi əlavə edib ki, Kursk vilayətinə səfəri zamanı əvvəlcə "yerindəcə vəziyyətlə tanış olmağı", daha sonra ekspertlər və hərbçilərlə söhbət etməyi planlaşdırır.
Qeyd edək ki, daha əvvəl Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov Rafael Qrossinin Kursk AES-ə səfərinin gələn həftənin əvvəlində baş tutacağı bildirilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.