Rostovda güclü yanğın: Alov yaşayış binalarına keçdi VİDEO

24-08-2024, 10:28           
Rostovda güclü yanğın: Alov yaşayış binalarına keçdi  VİDEO
Rusiyanın Rostov vilayətinin Proletarsk şəhərində yaşayış binalarında yanğın baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, şəhərdə quru bitki örtüyü alovlanıb və bu, daha sonra yaşayış binalarına keçib. Yanğının söndürülməsi üçün 40 xilasedici və 12 texnika cəlb olunub.

"Shot" "Telegram" kanalının verdiyi məlumata görə, yerli sakinlər Çapaev küçəsinin yanmağa başladığını bildiriblər. Eyni zamanda, "161.ru" nəşri FHN-ə istinadən yazır ki, yanğınsöndürənlər Komarov zolağında iki yaşayış binasını və tikilməkdə olan bir binanı söndürürlər.

Versiyalardan birinə görə, yeni yanğın altıncı gündür ki, söndürülən neft bazasında baş verən yanğın nəticəsində yaranıb. Yerli sakinlər yanğının qəsdən törədildiyini ehtimal edirlər.

Xatırladaq ki, Proletarskda avqustun 18-də səhər saatlarında pilotsuz təyyarələrin hücumuna məruz qalan neft bazasında yanğın baş verib. Avqustun 19-dan şəhərdə fövqəladə vəziyyət hökm sürür. Səlahiyyətlilərin avqustun 22-nə olan məlumatına görə, yanğının söndürülməsi zamanı FHN-in 49 əməkdaşı xəsarət alıb. Rusiyanın "Telegram" kanalları avqustun 23-də Proletarskda neft anbarının yenidən pilotsuz təyyarələrin hücumuna məruz qaldığını bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru