Çempion avtomobil satışa çıxarıldı

25-08-2024, 12:57           
Çempion avtomobil satışa çıxarıldı
2000-ci illərin əvvəllərində JGTC çempionatı üçün hazırlanmış "Nissan 350 Z" yarış modeli satışa çıxarılıb.

Motor.ru xəbər verir ki, onun sükanı sol tərəfdədir.

JGTC və ya "All Japan Grand Touring Car Championship" 1993-cü ildə başlayan və bu günə qədər davam edən super prestijli uzun məsafəli yarış seriyasıdır. 2005-ci ildə onun adı dəyişdirilərək Super GT olub.

Avtomobil ilk mövsümdə yarışın qalibi adını qazanıb.

Onun kapotu altında VQ35DE seriyalı mühərrik əsasında qurulmuş 3,5 litrlik atmosferik V6 var. Mühərrik iş rejimindən asılı olaraq 320 ilə 420-450 arasında at gücü hasil edir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru