"WhatsApp"da möhtəşəm yenilik

27-08-2024, 15:44           
"WhatsApp"da möhtəşəm yenilik
"WhatsApp" mesencerinin tərtibatçıları videozənglərdə yeni funksiyalar təqdim ediblər.

Bu barədə "WABetaInfo" məlumat yayıb.

Bu funksiyalar birbaşa ünsiyyət seansı zamanı görünüşü, fonu və ümumi təsvirin keyfiyyətini tənzimləmək imkanı verir.

Yeni alət istifadəçilərə videozəng zamanı ətrafın görünməməsi üçün fonu bulandırmağa və ya onu əvvəlcədən təyin edilmiş "WhatsApp" fonlarından biri ilə tamamilə əvəz etməyə imkan verir. Həmçinin ümumi təsviri daha parlaq etməyə və onlayn videoya istədiyiniz rəngi əlavə etmək mümkündür. Eləcə də, öz görünüşünüzü redaktə edə bilərsiniz.

"Retuş rejimi incə filtr rolunu oynayır, dəri qüsurlarını hamarlayır və videozənglər zamanı istifadəçilərə daha zərif görünüş verir. Bu seçim mühüm zənglər zamanı peşəkar işıqlandırmaya ehtiyac olmadan gözəl görünmək istəyənlər üçün idealdır. Bu funksiya, həmçinin gündəlik söhbətləri daha əyləncəli və xoş edir", - məqalədə qeyd olunub.

Yeni funksiya "iOS" əməliyyat sistemi ilə işləyən cihazlarda mesencer istifadəçiləri üçün ən son yeniləmənin bir hissəsi kimi elan edilib. Bir ay əvvəl isə "WhatsApp" bu imkanı "Android" cihazlarının sahiblərinə təqdim edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru