3 uşaq atası cinsiyyətini dəyişib qadın oldu – FOTOLAR,VİDEO

27-08-2024, 18:46           
3 uşaq atası cinsiyyətini dəyişib qadın oldu – FOTOLAR,VİDEO
ABŞ-nin Yuta ştatında yaşayan ŞeySkot adlı kişi evləndikdən və 3 uşaq sahibi olduqdan sonra cinsiyyətini dəyişmək qərarına gəlib.

Həyat yoldaşının anlayışı ilə bir çox əməliyyatlar keçirən Skottun həyatı müzakirə mövzusu olub. 2006-cı ildə Amanda Skottla evlənən Şey Skott 2012, 2014 və 2018-ci illərdə uşaqlarını qucağına alıb.

İllərdir evliliyinə davam edən kişi qəfil cinsiyyətini dəyişdirmək qərarına gəlib. Yoldaşı onun bu qərarına hörmətlə yanaşıb və Skot 2023-cü ildə cinsiyyətini dəyişib. Qadın ərinin keçirdiyi əməliyyatlarda bir an belə tək qoymayıb.

Övladları atalarının yeni görüntüsünü normal qarşılayıb. Artıq uşaqların yaşca böyük olanı atasına ana deməyə başlayıb. Cütlüyün iki oğlu isə ona ata deməyə davam edir. Cütlük isə həyatlarını gizlətmədən davam edir. Sosial şəbəkə hesablarında tez-tez xoşbəxt ailə fotolarını yayımlamağı da unutmurlar.

Ətraflı videomaterialı və fotoları təqdim edirik:
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru