SON DƏQİQƏ! Fuad Əliyev HƏBS EDİLDİ

28-08-2024, 19:29           
SON DƏQİQƏ! Fuad Əliyev HƏBS EDİLDİ
Azərforum xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, vəkil Fuad Əliyevin saxlanılması ilə bağlı məlumat yayılıb.

“Femida” vəkil bürosunda fəaliyyət göstərən vəkil vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə F.Əliyev haqda həbs qətimkan tədbiri seçilib.

Vəkillər Kollegiyasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, vəkil Əliyev Fuad Vilayət oğlu ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə vətəndaşlardan daxil olmuş şikayətlər əsasında Heyətin 17 may 2024-cü il və 10 iyul 2024-ü il tarixlərində fəaliyyəti dayandırılmaqla Kollegiya üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərarlar qəbul edilib.

Qeyd edək ki, Fuad Əliyevin saxlanılması ilə bağlı ilk xəbəri Globalinfo.az saytı yayıb.

Xatırladaq ki, ötən gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Tovuz Rayon Vəkil Bürosunda əməliyyat keçirib. Əməliyyat nəticəsində büro müdiri və bir vəkil saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru