"Şimal Axını" partladılması işində axtarışda olan şəxs Ukraynaya qaçıb

30-08-2024, 17:08           
"Şimal Axını" və "Şimal Axını 2" qaz kəmərlərinin partladılması işində Almaniya hakimiyyəti tərəfindən axtarışa verilən Vladimir Ş. Polşadan qaçaraq Ukraynanın Varşavadakı səfirliyindən avtomobillə ölkə sərhədini keçib.

Oxu.Az xəbər verir ki, bu barədə "Spiegel" jurnalı "ZDF" telekanalı və Danimarkanın "DR" radiostansiyası ilə birgə apardığı araşdırmadan sonra təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

"Onu sərhəddən keçirən avtomobil açıq-aydın özünün deyil. Təhlükəsizlik orqanlarındakı mənbələrin məlumatına görə, avtomobildə diplomatik nömrələr olub və Ukraynanın Varşavadakı səfirliyi tərəfindən istifadə edilib", - məlumatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru