Zelenski F-16 qəzasından sonra Ukrayna HHQ komandirini işdən çıxardı
31-08-2024, 10:14
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə verilən F-16 qırıcısının qəzaya uğramasından sonra Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı Nikolay Oleşçuku vəzifəsindən azad edib. Müvafiq sərəncam dövlət başçısının aparatının saytında dərc olunub. “Nikolay Nikolayeviç Oleşçuk Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən azad edilsin”, - sənəddə deyilir. Daha öncə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı F-16 təyyarəsinin itdiyini təsdiqləsə də, insidentin təfərrüatları, o cümlədən qırıcının məhv edildiyi yer barədə məlumat verməyib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, təyyarə qəzaya uğrayıb. Ali Radanın deputatı Maryana Bezuqlaya onun səhv nəticəsində “Patriot” hava hücumundan müdafiə sistemi raketi ilə vurulması ilə bağlı açıqlama verib və Ukrayna Silahlı Qüvvələri komandanlığını təyyarənin məhv edilməsinin şərtlərini gizlətməkdə ittiham edib. \\Yeniavaz.com