Azərbaycandakı universitetlərdə 15 mindən çox professor-müəllim heyəti var

31-08-2024, 11:54           
Azərbaycandakı universitetlərdə 15 mindən çox professor-müəllim heyəti var
Dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində professor-müəllim heyətinin sayı açıqlanıb.

"Report"un məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda təhsil, elm və mədəniyyət" adlı statistik məcmuəsində məlumat yer alıb.

Belə ki, 2023-2024-cü illəri əhatə edən tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycan universitetlərində 15 min 807 professor-müəllim heyəti fəaliyyət göstərib.

Onlardan 1262 nəfər elmlər, 5 min 891 nəfər isə fəlsəfə doktoru elmi dərəcəsi olanlardır. Bundan başqa, 1043 nəfərin professor, 3 min 889 nəfərin isə dosent elmi adı var.

Həmin heyətin tərkibindəki qadın müəlllimlərin sayı 9 min 272 nəfərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru