Husilər Amerikanın MQ-9 Reaper pilotsuz təyyarəsini vurduqlarını iddia edirlər

11-09-2024, 17:14           
Husilər Amerikanın MQ-9 Reaper pilotsuz təyyarəsini vurduqlarını iddia edirlər
Yəmən husiləri ABŞ-a məxsus MQ-9 Reaper pilotsuz təyyarəsini hava məkanında vurduqlarını bildiriblər.

Bu barədə ərəb mediası hərəkatın nümayəndəsi Yəhya Sariyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, pilotsuz təyyarə Səada əyaləti ərazisində ələ keçirilib.

Ötən həftə sonu husilər Marib əyaləti üzərində MQ-9 Reaper pilotsuz təyyarəsinin vurulduğunu elan etdilər.

Məlum olduğu kimi, husilər İsrailin hərbi əməliyyat keçirdiyi HƏMAS qruplaşması ilə həmrəylik əlaməti olaraq Qırmızı dənizdə gəmilərə hücum edir.

ABŞ və Böyük Britaniya buna cavab olaraq Yəməndəki Husi hədəflərinə müntəzəm hücumlar edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.