Təkər üzərindəki naxışlardan xəbərsiz sürücülər üçün mütəxəssis məsləhəti

1-10-2024, 18:14           
Təkər üzərindəki naxışlardan xəbərsiz sürücülər üçün mütəxəssis məsləhəti
Qış mövsümünün yaxınlaşması ilə avtomobil sahibləri yay təkərlərini qış təkərləri ilə dəyişdirməyi düşünürlər. Çoxsaylı protektorların naxışları arasında, xüsusilə populyar olan "yolka" adlanan (həmçinin "skandinaviya" kimi tanınan) naxışdır. Bəs onun effektivliyinin sirri nədədir?

Oxu.Az-ın rg.ru-ya istinadla verdiyi məlumata görə, rusiyalı avtomobil mütəxəssisi Aleksey Stasyuk bu barədə danışıb.

Onun sözlərinə görə, "skandinaviya" protektorunun naxışı sərt qış şəraitində istifadə üçün bir sıra üstünlüklərə malikdir.

"Qış təkərlərinə əsas tələb qarlı və buzlu yollarda ən yaxşı ilişməni təmin etməkdir, "yolka" naxışı isə bu vəzifənin öhdəsindən uğurla gəlir. Birincisi, geniş kanallar, həmçinin naxışın konfiqurasiyası qar və qar qarışığını təkərin yolla təmas nöqtəsindən effektiv şəkildə kənarlaşdırır. İkincisi, "skandinaviya" naxışında rezinin quruluşu sürüşkən örtüklərdə ilişməni, sürətlənməni və əyləcləməni yaxşılaşdırır", - deyə ekspert izah edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru