Rusiya və Şimali Koreyanın 50 minlik ordusu Kursk vilayətində genişmiqyaslı hücuma hazırlaşır.
Gununsesi.info xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
“Kiyevdə deyirlər ki, yaxın günlərdə Şimali Koreya hərbçilərinin də iştirak etdiyi belə bir hücum gözlənilir. Şimali koreyalılar hazırda Kursk vilayətinin qərb hissəsində rus qoşunları ilə birgə təlim keçirlər”, – məlumatda qeyd olunub.
Nəşr yazıb ki, ordu iki qrupa – hücum və köməkçi – bölünüb. Bu, Ukrayna qoşunlarından geri alınan ərazidə təhlükəsizliyin təmin olunmasına kömək edəcək.