“Buker” mükafatının 2024-cü il üzrə qalibi elan olundu

13-11-2024, 10:32           
“Buker” mükafatının 2024-cü il üzrə qalibi elan olundu
Dünyanın nüfuzlu ədəbiyyat mükafatı olan “Buker”in (“Booker Prize”) 2024-cü il üzrə qalibi elan olunub.

Qalib Londonda keçirilən mükafatlandırma mərasimində açıqlanıb.

Qalib qısa siyahı əsasında seçilib. Mükafatın 2024-cü il üzrə qalibi “Orbital” romanı ilə Samantha Harvey olub.

Qeyd edək ki, qısa siyahıya aşağıdakı 6 müəllif və əsər daxil idi.

1. Percival Everett (“James”)

2. Samantha Harvey (“Orbital”)

3. Rachel Kushner (“Creation Lake”)

4. Anne Michaels (“Held”)

5. Yael van der Wouden (“The Safekeep”)

6. Charlotte Wood (“Stone Yard Devotional”)

Qısa siyahıda əsərləri yer alan altı yazıçıdan beşi qadın idi. Bu, mükafatın 55 illik tarixində bir ilk idi.

Xatırladaq ki, “Buker” mükafatı hər il ingilis dilində yazılan və Böyük Britaniya və İrlandiyada nəşr olunan əsərlərə verilir. Mükafatın məbləği 50 min funt sterlinqdir. Ötən il “Buker”in qalibi “Prophet Song” əsəri ilə Paul Lynch olub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.