Kanadada 18-ci əsrə aid olan xəstəlik yayılmağa başlayıb

29-11-2024, 11:44           
Kanadada 18-ci əsrə aid olan xəstəlik yayılmağa başlayıb
Kanadada Skorbüt xəstəliyinin yayılmasında artım müşahidə olunub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Bu xəstəlik XVIII əsrdə daha çox dənizçiləri əhatə edirdi.

Şimali Saskeçevanda bu həftə C vitamini çatışmazlığından yaranan skorbütün 27 yeni halı qeydə alınıb. Şimali İntertribal Səhiyyə İdarəsinin həkimi Nnamdi Ndubukinin verdiyi məlumata görə, problemin ölçüsü əvvəlcə nəzərdən keçirildiyindən daha ciddi ola bilər.

Skorbütün simptomları yorğunluq, oynaqlarda ağrı və qanayan diş ətləri daxildir. Lakin C vitamini səviyyəsinin yoxlanması standart tibbi prosedur olmadığı üçün problem daha da mürəkkəbləşir.

Saskatchewan Universitetinin professoru Hasan Vatanparast bildirib ki, yüksək nəqliyyat xərcləri və təzə məhsulların məhdud raf ömrü uzaq bölgələrdə vitamin çatışmazlığına səbəb olur ki, bu da skorbütə yol açır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.