Ukraynanın keçmiş prezidentinin oğlu axtarışa verilib

5-12-2024, 11:28           
Ukraynanın keçmiş prezidentinin oğlu axtarışa verilib
Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkonun oğlu və sabiq deputatı Aleksey Poroşenko çağırış vərəqəsinə əsasən ərazi çağırış mərkəzinə (ƏÇM) gəlmədiyi üçün axtarışa verilib.

Strana.today xəbər verir ki, bu barədə Ukraynanın "Telegram" kanalları Ukrayna Silahlı Qüvvələrinin nümayəndələrinə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, A.Poroşenko iki dəfə hərbi xidmətə çağırılıb: sentyabrın 4-də və oktyabrın 21-də. Lakin o, hər iki dəfə çağırışa məhəl qoymayıb. Eyni zamanda, 39 yaşlı sabiq deputat ehtiyatda olan leytenant hərbi rütbəsinə malikdir.

KİV-in məlumatına görə, Aleksey həyat yoldaşı, qızı və oğlu ilə iki şəhərdə yaşayır: London və Sinqapur. Ukraynada atasının onun adına keçirdiyi ailə biznesini uzaqdan idarə edir. 2014-cü ildə toqquşmalar başlayandan sonra onun könüllü səfərbər olduğu və minaatan ekipajının komandiri vəzifəsində işlədiyi bildirilir. Lakin sonra mətbuat döyüş əməliyyatlarında iştirak etmədiyini yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru