Suriyadakı Rusiya hərbi bazalarının taleyi: Münasibətlərdə yeni mərhələ, ya hərbi əməkdaşlığın sonu?

12-12-2024, 09:27           
Suriyadakı Rusiya hərbi bazalarının taleyi: Münasibətlərdə yeni mərhələ, ya hərbi əməkdaşlığın sonu?
"Suriyanın yeni hakimiyyəti Rusiya hərbi bazaları ilə bağlı qərarı xalqın maraqlarına əsaslanaraq verəcək".

TASS-ın verdiyi xəbərə görə, bu barədə suriyalı siyasətçi, Cenevrə və Astana danışıqlarında müxalifət nümayəndə heyətinin keçmiş rəhbəri Məhəmməd Alluş açıqlama verib.

"Hərbi bazalar məsələsi Suriya dövlətinin suveren qərarıdır. Bu məsələ mütləq Suriya xalqının və Rusiyanın maraqları, həmçinin faydası nəzərə alınaraq müzakirə ediləcək", - deyə o bildirib.

Qeyd edək ki, dekabrın 9-da Suriya silahlı müxalifətinin Rusiyanın hərbi bazalarının yerləşdiyi Laziqiyyə əyalətinə tam nəzarət etdiyi barədə məlumat yayılıb. Məlumata görə, müxalifət qüvvələri Suriya Prezidenti Bəşər Əsədin devrilməsini elan etdikdən sonra Tartus və Cəblə bölgələrinə daxil olub. Lakin qeyd olunur ki, müxalifət üzvləri Tartus və Xmeymimdəki Rusiya hərbi bazalarına müdaxilə etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru