Reklamları bloklayan modem təqdim edildi

9-01-2025, 15:18           
Reklamları bloklayan modem təqdim edildi
"CES 2025" sərgisində "Asus" şirkəti bir sıra yeni routerlər (modemlər) təqdim edib.

Oxu.Az "The Verge" nəşrinə istinadən xəbər verir ki, yeni məhsulların sırasına səyahətçilər üçün modemlər, həmçinin mobil istifadə və açıq havada simsiz şəbəkənin təşkili üçün həllər daxildir.

Flaqman modeli olan "Asus ROG Rapture GT-BE19000AI" routeri təkmilləşdirilmiş məxfilik və enerji səmərəliliyi (istehlakı 46% azaldır) təmin edən inteqrasiya olunmuş mərkəzi emal qurğusuna (NPU) malikdir. "ROG AI Game Booster" və "Adaptive QoS 2.0" texnologiyaları gecikməni 34%-ə qədər azaldır, 3000-ə qədər oyunu dəstəkləyir.

Oyun funksiyalarına əlavə olaraq, cihaz daxili reklam bloklayıcısı və izləyici bloklayıcısı kimi alətlər təklif edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru