Şəhərin mərkəzində sürət yarışına çıxan gənclər yolda ölüm saçdılar: Ağır qəzanın anbaan GÖRÜNTÜLƏRİ

23-01-2025, 10:11           
Şəhərin mərkəzində sürət yarışına çıxan gənclər yolda ölüm saçdılar: Ağır qəzanın anbaan GÖRÜNTÜLƏRİ
Sumqayıt şəhərinin Sülh küçəsində baş vermiş qəzanın görüntüsü anbaan avtomobilin videoregistratoruna düşüb.

TEREF Avtosfer.az-s istinadən xəbər verir ki, hərəkətdə olan KIA markalı maşın "Hyundai" markalı avtomobillə toqquşub.

Ağır qəza baş verməzdən öncə KIA sürücüsünün yolu qaçaraq keçən piyadanı vurması kadrda əks olunub. Ardınca manevr edən sürücü bu zaman sağ zolaqdakı "Hyundai"a çırpılıb.

Zərbənin təsirindən hər iki maşın yol kənarına yuvarlanıb.

Hadisə zamanı KIA markalı avtomobil yanaraq yararsız hala düşüb, digər nəqliyyat vasitəsi də sıradan çıxıb.

Görüntünü qeydə alan sürücünün sözlərinə görə, qəzaya düşən hər iki avtomobilin sürücüsü yol boyu yüksək sürətlə hərəkət ediblər.

Nəticədə, KIA-nın sürücüsü yolu keçən piyadanı son anda görsə də, dəhşətli qəzadan xilas ola bilməyib.

Xadırladaq ki, yanvarın 16-da saat 20:40 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Həmin görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru