Saray qəbiristanlığında dağıntı törədildi - Video

4-02-2025, 10:51           
Saray qəbiristanlığında dağıntı törədildi - Video
Abşeronun Saray qəsəbəsində yerləşən qəbiristanlıqda məzarların ətrafına çəkilən kiçik hasarlar dağıdılıb, dəmir məhəccərlər çıxarılaraq oğurlanıb.

Bu barədə sakinlər “Xəzər Xəbər”ə danışıblar. Onlar bu vəziyyətdən məzarları ziyarətə gələn zaman xəbər tutduqlarını deyiblər.

Məsələ ilə bağlı Saray qəsəbəsi üzrə İcra nümayəndəliyindən bildirilib ki, hadisədən xəbərdardırlar. İnsidentlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Abşeron rayon Polis İdarəsindən isə qeyd edilib ki, məsələ barədə dərhal araşdırma aparılıb və hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub.

Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru