Paşinyana deyin, Münxen küçələrində diqqətli olsun – Aşotyan

16-02-2025, 00:06           
Paşinyana deyin, Münxen küçələrində diqqətli olsun – Aşotyan
Mənim Nikol Paşinyanla bağlı müsbət düşüncəm yoxdur.

Bunu Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib.

Nikol Paşinyanın Münxen səfəri ilə bağlı sualları cavablandıran Armen Aşotyan səfərdən ümidli olmadığını dilə gətirib.

“Məndən soruşursunuz bu səfərdən nə kimi gözləntim var. Gözlənti özü müsbət anlam daşıyan ifadədir, mənim isə Paşinyanla bağlı müsbət düşüncəm yoxdur. Mən sadəcə bu görüşün nəticələri barədə fikirlərimi bölüşə bilərəm. Daha əvvəlki Davos, Vaşinqton, Paris səfərləri kimi bu da Ermənistanın maraqları üçün boş səfər olacaq. Elə təbliğat baxımından da. Hətta daha bir biabırçılıq barədə eşidəcəyimiz ehtimalını da istisna etmirəm. Paşinyanın adı konfransın heç bir rəsmi proqramında yer almayıb. Onun ölkə xaricində səviyyəsi o qədər aşağıdır ki, təşkilatçılar onu heç ikinci dərəcəli panel iclaslara da qoşmayıblar.

Və sonda, Paşinyana deyin ki, Münxen küçələrində velosiped sürməsin. Təhlükəlidir”, – deyə Aşotyan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru