DTX turizm agentliyinin əməkdaşını həbs etdi

10-03-2025, 10:52           
DTX turizm agentliyinin əməkdaşını həbs etdi
Dövlət Turizm Agentliyinin (DTA) istintaqa cəlb olunmuş əməkdaşlarından birinin kimliyi məlum olub.

"Report" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti martın 4-də DTA Aparatının əməkdaşı Nicat Hüseynovu şübhəli şəxs kimi tutub və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

O, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.

Daha əvvəl qeyd edildiyi kimi, Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.

Agentliyin bir sıra vəzifəli şəxsləri, o cümlədən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru