Lənkəran RİH-in mühəndisi iş yoldaşını döydü - MƏHKƏMƏ

Dünən, 12:11           
Lənkəran RİH-in mühəndisi iş yoldaşını döydü - MƏHKƏMƏ
Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Raqif Balayevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib, Lənkəran Rayon Məhkəməsinin aylıq qazancının 10%-i dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilmiş hökmü ləğv edilib. Belə ki, o, cinayət məsuliyyətindən azad edilib və barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.

İttihama görə, Raqif Balayev Lənkəran Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Mənzil Təsərrüfatı İdarəsində baş mühəndis vəzifəsində işləyir. O, 24 iyun 2024-cü il tarixdə saat 18 radələrində işlədiyi İdarənin qarşısında olarkən əvvəllər işlə bağlı irad bildirdiyinə görə münasibətləri pozulmuş iş yoldaşı zərərçəkmiş Qulam Yolçuyev (şərti) ona yaxınlaşıb. Zərərçəkmiş ondan iş yoldaşları arasında irad bildirməsinin səbəbini soruşub. Rafiq yenidən Qulama işini vaxtında görməyən bacarıqsız işçi olduğunu bildirib. Bu səbəbdən onların arasında mübahisə baş verib. Sonra Rafiq zərərçəkmişin qolundan tutub yerə yıxaraq sağ yumruğu ilə sol göz nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq, ona sağlamlığa yüngül zərər yetirib.

Hadisədən sonra Raqif Balayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.