Anarın məhkəməyə verəcəyi şair: “Daha ciddi, iyrənc faktlar bilirəm” - QALMAQAL

11-03-2025, 12:49           
Anarın məhkəməyə verəcəyi şair: “Daha ciddi, iyrənc faktlar bilirəm” - QALMAQAL
Xəbər verdiyimiz kimi, fevralın 28-də şair İlham Qəhrəman geniş məqalə yayımlayaraq Azərbaycan Yazıçılar Birliyindən (AYB) ayrılmasını və birliyin mənzil təminatı ilə bağlı həyata keçirdiyi prosesdə haqsızlığa məruz qaldığını bildirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev isə “Cebheinfo.az”-a açıqlamasıda İlham Qəhrəmanın AYB-yə məxsus mənzillərin satışına dair iddialarının əsassız olduğunu və məsələ ilə bağlı məhkəməyə müraciət etdiklərini söyləyib.

Yazıçı Anar açıqlamasında yazıçılar üçün mənzil təminatı prosesinin tam ədalətli şəkildə aparıldığını, mənzil ala bilməyənlərin də layiqli yazıçılar olduğunu, lakin məhdud sayda mənzil olduğu üçün hər kəsin təmin edilməsinin mümkün olmadığını qeyd edib.

İlham Qəhrəman “Cebheinfo.az”-a açıqlamasında məhkəmə məsələsindən xəbərsiz olduğunu bildirib.

İlham Qəhrəman Anarın fikirlərinə “Allah eləsin ki, məhkəməyə versinlər”, - deyə reaksiya verib:

“Mən məhkəmə haqqında heç nə bilmirəm. Sadəcə bu məsələni məhkəməlik hesab etdiklərini eşitmişəm. Başqa heç nə bilmirəm. Allah eləsin ki, məhkəməyə versinlər. Mən də məhkəməyə müraciət olunmasını istəyirəm. Çünki daha ciddi, iyrənc faktlar bilirəm, onların hamısını açıqlayacağam. Əgər məhkəmə prosesi başlasa, orada üz-üzə gəlmək istəyərəm. Düşünmürəm ki, bu addımı atacaqlar. Amma yenə də məhkəməyə verirlər, lap yaxşı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru