Mercedes-Benz Çin istehsalı radarla təchiz olunacaq

12-03-2025, 15:14           
Mercedes-Benz Çin istehsalı radarla təchiz olunacaq
Almaniya avtomobil istehsalçısı "Mercedes-Benz", Çin şirkəti "Hesai" tərəfindən hazırlanmış lidar (lazer radarı) texnologiyası əsasında ağıllı idarəetmə funksiyasına malik avtomobillər istehsal edəcək.
Bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, "Mercedes-Benz" dünya bazarı üçün "Hesai" lidar sensorları ilə təchiz olunmuş avtomobillər hazırlayacaq. Bu, xarici avtomobil istehsalçısının ilk dəfə belə bir texnologiyanı Çin xaricində satılan modellərdə tətbiq etməyə çalışdığı haldır.

Mercedes-Benz-in qlobal bazar üçün Çin texnologiyalarını mənimsəməsi, ABŞ-nin Çin istehsalı komponentlər və proqram təminatının istifadəsinə qarşı sərtləşdirdiyi siyasət fonunda baş verir.

"Hesai şirkəti" məhsullarının əlçatanlığı və genişmiqyaslı istehsal imkanlarına görə alman avtomobil konserni tərəfindən təchizatçı kimi seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru