Məşhur yük maşınının istehsalı 63 il sonra dayandırılacaq

23-03-2025, 12:54           
Məşhur yük maşınının istehsalı 63 il sonra dayandırılacaq
ABŞ-nin məşhur yük maşını "Kenworth W900" 2026-cı ildə istehsaldan çıxarılacaq. Onun yerini daha ekoloji bir model alacaq.

Bu barədə auto.ru məlumat yayıb.

Məlumata görə, "Kenworth Truck Company" 2026-cı ildə köhnəlmiş modelləri istehsaldan çıxaracağını elan edib. Bunların arasında W900 də var. Yük maşınının müxtəlif versiyaları 1961-ci ildən bəri ABŞ-də istehsal olunur.

W900 ilə yanaşı, daha "gənc" iki model də istehsaldan çıxarılacaq - C500 (1972-ci ildən istehsal olunur) və T800 (1986-cı ildən istehsal olunur). Hazırda hər üç model üzrə sifarişlər hələ də qəbul edilir, lakin şirkət mümkün qədər tez sifariş verməyi tövsiyə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru