"Obamanı yaxşı çəkib, məni eybəcər, yığışdırın bu portreti" - Tramp qəzəbləndi

25-03-2025, 08:34           
"Obamanı yaxşı çəkib, məni eybəcər, yığışdırın bu portreti" - Tramp qəzəbləndi
ABŞ Prezidenti Donald Tramp Kolorado ştatının parlament binasında olan portretinin yığışdırılmasını əmr edib.

TEREF olkə.az-a istinadla xəbər verir ki, ABŞ lideri portretin qəsdən eybəcər çəkildiyini söyləyib.

"Heç kim özünün pis şəklini və ya tablosunu sevmir. Koloradoda Məclis binasında Qubernator tərəfindən digər bütün prezidentlərlə birgə asılan rəsm bəlkə də mənim belə daha əvvəl heç görmədiyim bir səviyyədə təhrif edilib. Rəssam prezident Obamanı da çəkib və o əla görünür, amma mənim portretim həqiqətən ən pisidir. Qocaldıqca qabiliyyətini itirib”, - deyə o söyləyib.

Tramp həmçinin əlavə edib ki, çox sayda insan prezidentin sözügedən portretinə qəzəblənib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.