İlon Mask robot ordusu yaradacaq

25-03-2025, 09:46           
İlon Mask robot ordusu yaradacaq
"Tesla" korporasiyasının baş direktoru İlon Mask "X" sosial şəbəkəsində canlı yayımı zamanı 2025-ci ilin sonuna qədər 5 min "Optimus" robotu istehsal etmək planlarını açıqlayıb.

Oxu.Az-ın "gazeta.ru"ya istinadən xəbər verdiyinə görə, Mask "Tesla"nın rüblük nəticələrinin təqdimatı zamanı qeyd edib ki, əgər şirkət planlaşdırılan 10 000 ədədin yarısını istehsal edə bilsə, bunu böyük uğur hesab edəcək.

"Düşünürəm ki, biz həqiqətən bir legion quracağıq. Ən azı bu il bir robot legionu, sonra isə gələn il bəlkə də 10 legion", - deyə Mask bildirib.

Xatırladaq ki, "Optimus" robotu "Tesla" tərəfindən inkişaf etdirilən insanabənzər robotdur. İlon Mask daha əvvəl də qeyd edib ki, bu texnologiya gələcəkdə əmək bazarında inqilab edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru