Onu KİM ƏVƏZ EDƏCƏK? - ARTIQ VAXTDIR...

9-04-2025, 07:04           
Onu KİM ƏVƏZ EDƏCƏK? - ARTIQ VAXTDIR...
Azərbaycan Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin səlahiyyət müddəti bu gün başa çatıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, Xanlar Vəliyevin səlahiyyət müddəti növbəti 5 il üçün uzadılmayıb.

Qeyd edək ki, o, 2020-ci ilin 8 aprel tarixində bu vəzifəyə yenidən təsdiqlənmişdi.

Xatırladaq ki, martın 15-i Xanlar Vəliyevin 70 yaşı tamam olub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Rüstəm oğlu Vəliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

X.Vəliyev prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru