Vulkanın günbəzində qaynayan göl aşkarlandı

14-04-2025, 11:58           
Vulkanın günbəzində qaynayan göl aşkarlandı
Kamçatkada (Rusiya) alimlər Şiveluç vulkanının günbəzlərində yeni isti göl aşkar ediblər.

TASS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.

Qeyd edilir ki, su hövzəsinin mərkəzi hissəsi qaynayır və ətrafa 40 santimetr hündürlüyündə su püskürür. Gölün kənarlarında isə suyun temperaturu 52 dərəcə təşkil edir.

Bundan əlavə, suyun səthində xarakterik mavi rəngli təbəqə müşahidə olunur. Güman edilir ki, bu, kükürd və onun törəmələrindən ibarətdir.

Tədqiqatçılar laborator analizlər üçün su və mavi təbəqədən nümunələr götürüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru