Azərbaycan süd və qaymaq idxalını 41 % artırıb

28-04-2025, 17:58           
Azərbaycan süd və qaymaq idxalını 41 % artırıb
Bu ilin I rübündə Azərbaycana 4 327 ton süd və qaymaq idxal edilib.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 6 milyon 441 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 257 ton (40,9 %), dəyər baxımından isə 1 milyon 725 min ABŞ dolları (36,6 %) çoxdur.

Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru