Məşhur avtotüninq şirkəti BƏƏ-də lüks yaşayış kompleksi quracaq

29-04-2025, 09:31           
Məşhur avtotüninq şirkəti BƏƏ-də lüks yaşayış kompleksi quracaq
Avtomobil tüninqi ilə məşğul olan "Brabus" şirkəti lüks daşınmaz əmlak bazarına daxil olmağa hazırlaşır.

Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, şirkətin "Brabus Island" adlı ilk yaşayış kompleksi Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində inşa olunacaq.

Kompleks Əl-Sif bölgəsində, Əl-Raha çimərliyi yaxınlığında yerləşəcək. 100 000 kvadratmetr ərazini əhatə edən ada Şeyx Zayed Beynəlxalq Hava Limanına və Əbu-Dabi mərkəzinə yaxın məsafədədir.

Layihə çərçivəsində 4 binada yerləşəcək 350 lüks mənzil (2, 3 və 4 otaqlı, sahəsi 107-456 kvadratmetr) və 100 villa (cütlüklər üçün və çimərlik villaları daxil olmaqla) tikiləcək. Hər bir mənzil modul mebel konsepsiyası ilə təchiz olunacaq. İnteryer dizaynı üçün üç seçim təqdim olunur: "Black and Bold", "White Bliss" və "Gray Haven".

Qeyd edək ki, "Brabus" şirkəti "Mercedes-Benz Group AG"yə məxsusdur və əsasən "Mercedes" avtomobillərinin tüninqi ilə məşğuldur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru