Azərbaycan İrandan elektrik enerjisi alışını artırıb

23-05-2025, 17:34           
Azərbaycan İrandan elektrik enerjisi alışını artırıb
Cari ilin yanvar-mart aylarında Azərbaycana İrandan 8 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edilib.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu miqdarda elektrik enerjisinin idxalına çəkilən xərc 226,5 min ABŞ dolları olub.

İrandan elektrik enerjisi alışı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 244 min kVt/saat və ya 3,2%, dəyər ifadəsi ilə 7 min ABŞ dolları, yaxud da 3,2% artıb.

Belə ki, 2024-cü ilin birinci rübündə İrandan Azərbaycana 7,7 milyon kVt/saat həcmində, 219,5 min ABŞ dolları dəyərində elektrik enerjisi alınmışdı.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycana Rusiya, Gürcüstan və İrandan 933 min ABŞ dolları dəyərində 30 milyon kVt/saat elektrik enerjisi idxal edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru