Azərbaycanda şəkər və qənd istehsalı 60 %-ə yaxın artıb

26-05-2025, 17:24           
Azərbaycanda şəkər və qənd istehsalı 60 %-ə yaxın artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 85,1 min ton şəkər və qənd istehsal edilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 59,7 % çoxdur.

Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatların istehsalı 7 % artaraq 2 min 973,4 tona çatıb.

Mayın 1-nə Azərbaycanda 5,7 min ton şəkər və qənd, 61,1 ton isə şəkərli qənnadı məmulatları üzrə hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 72,7 % çox və 46,2 % azdır.

Xatırladaq ki, 4 ayda Azərbaycanda 1 milyard 778,1 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,5 % çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru