Rusiyalı milyarderdən doğum sayını artırmaq üçün qəribə təklif

26-05-2025, 15:44           
Rusiyalı milyarderdən doğum sayını artırmaq üçün qəribə təklif
Rusiyalı siysətçi, sahibkar və ictimai xadim Konstantin Malofeyev hazırda yaşı 30 və daha az olan ölkə vətəndaşları üçün yaşa görə gələcək pensiyaların ləğvini təklif edib.

Oxu.Az xəbər verir ki, siyasətçi müvafiq təkliflə öz "Telegram" kanalında çıxış edib.

Siyasətçinin sözlərinə görə, 10 ildən sonra Sosial Fonda pensiya ödəmələrini dayandırmaq, bəzi vətəndaşlara ümumiyyətlə dövlət təqaüdlərini verməmək lazımdır.

Malofeyev əlavə edib ki, onların maaşlarından tutulan pensiya yığımları özlərinə geri qaytarılmalıdır.

Siyasətçinin fikrincə, belə bir addım gəncləri qocalıqda onlara baxacaq uşaqlara sahib olmağa sövq edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru