Suvalki dəhlizinin sakinləri bölgəni kütləvi şəkildə tərk edirlər — “Bild”

27-05-2025, 10:28           
Suvalki dəhlizinin sakinləri bölgəni kütləvi şəkildə tərk edirlər — “Bild”
Almaniyanın “Bild” nəşri yazır ki, gərginliyin artması fonunda strateji əhəmiyyətli Suvalki dəhlizinin sakinləri kütləvi şəkildə regionu tərk etməyə başlayıblar.
Polşa ilə Litva arasında Belarus və Kalininqradı ayıran bu dar torpaq zolağı (təxminən 65 km) NATO-nun müdafiəsində ən zəif nöqtədir.
Hərbi hesablamalara görə, müharibə olacağı təqdirdə Rusiya iki tərəfdən zərbə endirə bilər. 30 km-dən çox məsafədən zərbə endirməyə qadir olan rus artilleriyası bütün dəhlizi əhatə edə bilər və nətivədə Baltikyanı ölkələri Avropanın qalan hissəsindən ayırmaq mümkün olar.
Təlimlər və regionun hərbiləşdirilməsi fonunda insanlar getdikcə daha çox deyinirlər: “Biz ilk vurulan olmaq istəmirik”.
Heydər Oğuz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru