HƏMAS Qəzzada saxlanılan 10 israilli girovu azad etməyə hazırdır

Dünən, 07:34           
HƏMAS Qəzzada saxlanılan 10 israilli girovu azad etməyə hazırdır
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağı ilə bağlı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə razılığa gəldiyini açıqlayıb.

TEREF xəbər verir ki, bu barədə HƏMAS-ın "Telegram" kanalında paylaşılan məlumatda qeyd olunub.

Hərəkat bildirib ki, razılıq çərçivəsində radikallar 10 israilli girovu azad etməyə və ölənlərdən bir neçəsinin cəsədini təhvil verməyə hazırdırlar.

Radikallar əlavə ediblər ki, əldə olunan razılaşma 10 israilli girovun azad edilməsini və razılaşdırılmış sayda fələstinli məhbusların azad edilməsi müqabilində ölən əsirlərin bir neçə cəsədinin qarşı tərəfə verilməsini nəzərdə tutur. Hərəkatın neçə ölü girovu təhvil verməyə hazır olduğu barədə məlumat yoxdur. Hazırda radikallar öz təkliflərinə yekun cavabı gözləyirlər.

HƏMAS vurğulayıb ki, o həmçinin Qəzzada hakimiyyəti müqavilə bağlandıqdan dərhal sonra zolağa nəzarəti öz üzərinə götürəcək xüsusi komitəyə təhvil verməyə hazırdır. (Oxu.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.