Qəhvənin 3 fincandan artıq istifadəsinin dəriyə təsiri

Dünən, 08:08           
Qəhvənin 3 fincandan artıq istifadəsinin dəriyə təsiri
Qəhvə tərkibindəki antioksidantlarla dərini sərbəst radikallardan qoruya bilər. Lakin gündə 3 fincandan artıq qəbul edildikdə əks təsirlər yaranmağa başlayır.
AİF xəbər verir ki, kofein bədəndə su itkisinin artmasına səbəb ola bilər. Bu isə dərinin quruması və solğun görünməsi ilə nəticələnə bilər.Həmçinin qəhvə bəzi insanlarda stress hormonlarını artırır. Kortizolun çoxluğu sızanaq riskini yüksəldə bilər. Gecə içilən qəhvə isə yuxusuzluğa səbəb olaraq dəri regenerasiyasını zəiflədir. Qəhvənin şəkər və südlə birlikdə içilməsi insulin səviyyəsini poza bilər.Bu da dəridə yağlanma və iltihab riskini artırar. Amma təmiz, qara qəhvə az miqdarda içildikdə faydalıdır. Dəriyə xaricdən tətbiqi də faydalı sayılır. Ölçünü qorumaq əsas şərtdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.