Daha iki ölkədə "Haribo" məhsullarında narkotik tapılıb

3-06-2025, 17:14           
Daha iki ölkədə "Haribo" məhsullarında narkotik tapılıb
Belçika və Lüksemburqda da "Haribo" marmeladında kannabis aşkar edilib.
Bu barədə "Telegraaf" nəşri məlumat yayıb.

Şirniyyat istehsalçısı "Haribo" Belçika və Lüksemburq sakinlərinə müəyyən növ marmeladları istehlak etməməyi və onları şirkətə qaytarmağı tövsiyə edib.

Məlum olub ki, Niderlandda içərisində kannabis aşkarlanan partiyaya aid olan həmin məhsullar bu iki ölkədə də satışa çıxarılıb.

Hazırda narkotik maddənin "Haribo Happy Cola F!ZZ" markalı, bir kiloqramlıq qablaşdırmalara necə düşdüyü məlum deyil. Söhbət istehsal kodu L341-4002307906 olan və istifadə müddəti yanvar 2026-da bitəcək məhsullardan gedir.

Xatırladaq ki, bir qədər əvvəl Niderlandda Almaniyanın "Haribo" şirkətinə məxsus marmeladlarda kannabis tapılmışdı. Şirkət həmin məhsulların istifadəsinin başgicəllənmə kimi sağlamlıq problemlərinə yol aça biləcəyini açıqlamışdı.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.