Çiyələyi əvvəlcədən yumaq saxlama müddətini azaldır – Dietoloq xəbərdarlığı

5-06-2025, 09:08           
Çiyələyi əvvəlcədən yumaq saxlama müddətini azaldır – Dietoloq xəbərdarlığı
Çiyələyin düzgün saxlanması və istehlakı ilə bağlı dietoloq Larisa Nikitina mühüm tövsiyələr verib.
Dietoloqun sözlərinə görə, çiyələk əvvəlcədən yuyulduqda tez xarab olur və bu, onun saxlama müddətini azaldır.URA.RU-ya açıqlamasında Nikitina qeyd edib ki, iyun ayı çiyələyin mövsümü hesab olunur və bu dövrdə xüsusilə yerli məhsullara üstünlük verilməlidir. Əgər çiyələk yaşadığınız bölgədə yetişibsə, bu həm dad, həm də keyfiyyət baxımından daha üstün olur.O bildirib ki, sağlam çiyələk seçmək üçün onun qoxusuna diqqət yetirmək lazımdır. Ətirsiz giləmeyvə ya yetişməmiş olur, ya da kimyəvi maddələrlə süni şəkildə böyüdülür. Eyni zamanda, təzə çiyələk tünd qırmızı rəngdə, möhkəm quruluşda və yaşıl sapla olmalıdır. Təbii yetişmiş çiyələklər adətən nizamsız və əyri formalı olur.Nikitinanın tövsiyəsinə görə, mağazadan alınan çiyələklər yalnız istehlakdan dərhal əvvəl yuyulmalıdır. Yuma zamanı yalnız axar sudan istifadə edilməli, giləmeyvələr isladılmamalıdır. Gövdələr isə yalnız yuduqdan sonra çıxarılmalıdır ki, giləmeyvə suyunu itirməsin.Daha hərtərəfli təmizləmə üçün isə çiyələkləri bir litr suya bir çay qaşığı soda əlavə edilmiş məhlulda 2-3 dəqiqə islatmaq, sonra isə mütləq təmiz su ilə yumaq tövsiyə olunur. Bu üsul həm gigiyena, həm də sağlamlıq baxımından təhlükəsiz hesab edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru