Atambayev barədə həbs qərarı verildi

4-06-2025, 10:14           
Atambayev barədə həbs qərarı verildi
Bişkekin Pervomayski rayon məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevi bir sıra cinayətlər törətməkdə təqsirli bilib və qiyabi olaraq onu 11,5 il müddətinə azadlıqdan məhrum edib.

Sitat.info xəbər verir ki, Atambayev Çuy vilayətinin Koy-Taş kəndində qanunsuz torpaq sahələri əldə etməkdə, habelə Bişkek İES-in modernləşdirilməsi zamanı korrupsiyada və 2019-cu il 7-8 avqust tarixlərində Koy-Taş kəndində kütləvi iğtişaşlar təşkil etməkdə təqsirli bilinib.
Sabiq prezidentin həmçinin əmlakı müsadirə olunub və və bütün dövlət mükafatlarından məhrum edilib.

7 il 8 ay müddətinə azadlıqdan məhrum edilən prezident administrasiyasının sabiq rəhbəri Faril Niyazov və sabiq deputat İrina Karamuşkina (7,5 il) də daxil olmaqla, bir neçə keçmiş yüksək vəzifəli məmur da eyni cinayət işi üzrə təqsirləndirilən şəxslər arasındadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.