FTX bu şəxsləri öldürməyə hazırlaşır: Putinin əmri gözlənilir

5-06-2025, 15:24           
FTX bu şəxsləri öldürməyə hazırlaşır:
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukraynada pilotsuz aparatların istehsalında əsas rol oynayan bütün şəxsləri müəyyənləşdirmək üçün genişmiqyaslı əməliyyat keçirib.

Bu barədə “İnsayder” Teleqram kanalı etibarlı mənbəyə istinadla məlumat yayıb.

“Siyahıya yalnız mühəndislər və texniki mütəxəssislər deyil, həm də tanınmış bloqerlər, ictimai rəyçilər, habelə ianələrin toplanması ilə məşğul olan şəxslər daxil edilib. Xüsusi diqqət ianələrin qəbulu və bölüşdürülməsi üçün zəruri infrastrukturu təmin edın maliyyə sektorunun nümayəndələrinə - bankirlərə göstərilib”, - məlumatda qeyd olunub.

Mənbənin məlumatına görə, FTX-nin əlində həmin şəxslərin yaşadığı yerlər və tez-tez ziyarət etdikləri məkanlar barədə tam məlumat var:

“Güc strukturlarında bu şəxslərin “hərbi hədəf” kimi qəbul olunması və müvafiq tədbirlərin başlanması barədə prinsipial qərar qəbul edilib. Mənbə bildirib ki, FTX müxtəlif ssenariləri nəzərdən keçirən qapalı hesabat hazırlayıb, burada həmin şəxslərin fiziki məhvi üçün fərqli variantlar müzakirə olunur. Onların yaşadığı ünvanlara ballistik silahların tətbiqi də daxil olmaqla bir sıra üsullar nəzərdən keçirilib. Rusiya prezidenti hesabatla tanışdır və məsələnin əhəmiyyətindən xəbərdardır, lakin məhv üsulları ilə bağlı son qərar hələ verilməyib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru