İkinci Dünya Müharibəsindən qalan bombalara görə 20 mindən çox insan təxliyə edilib

Dünən, 10:38           
İkinci Dünya Müharibəsindən qalan bombalara görə 20 mindən çox insan təxliyə edilib
İyunun 4-də Almaniyanın Köln şəhərinin mərkəzində İkinci Dünya Müharibəsindən qalma üç bomba aşkarlanıb və bu səbəbdən minlərlə insan təxliyə edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə Almaniya mətbuatı hökumətin rəsmi xəbərlərinə istinadən məlumat verib.

Təhlükəli ərazidən – təxminən 1000 metrlik radiusdan – təxliyə yerli vaxtla səhər saat 8:00-da başlayıb. Təxminən 25 min sakin, eləcə də bu ərazidə yerləşən otellərin qonaqları və işçilər ərazidən uzaqlaşdırılıb. Təxliyə tədbirləri Köln şəhərinin Doyç (Deutz) rayonunda həyata keçirilib.

Təhlükəli zonaya bir xəstəxana, iki qocalar evi, doqquz məktəb, çoxsaylı otel və muzeylər daxil olub.

Aşkarlanmış üç Amerika istehsalı bomba iyunun 2-də tikinti işləri zamanı tapılıb. "Reuters" agentliyinin verdiyi məlumata görə, bomba mütəxəssisləri onların zərərsizləşdirilməsini iyunun 4-də həyata keçirməyi planlaşdırıblar.

Hadisə nəqliyyatın işində ciddi pozuntulara səbəb olub. Almaniyanın milli dəmir yolu operatoru sərnişinləri bir sıra qatar reyslərinin cədvəlinə dəyişikliklər ediləcəyi barədə xəbərdar edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.