Smartfonların dövrü sona çatır –Mark Zukerberq

5-06-2025, 17:54           
Smartfonların dövrü sona çatır –Mark Zukerberq
“Meta”nın rəhbəri Mark Zukerberq yaxın gələcəkdə smartfonların aktuallığını itirəcəyini açıqlayıb.

AzPost xəbər verir ki, onun sözlərinə görə, smartfonların dövrü bitir və onların yerini artırılmış reallıq (AR) texnologiyaları, xüsusilə ağıllı eynəklər tutacaq.

M.Zukerberqin bu proqnozu 20 il əvvəl Bill Qeytsin “iPod”un bazar liderliyinin sona çatacağı barədə söylədikləri ilə paralellik təşkil edir. B.Qeyts o zaman smartfonların xüsusi musiqi pleyerlərini tamamilə əvəz edəcəyini demişdi.

“Meta” şirkəti artıq ağıllı eynəklər və AR texnologiyalarının inkişafına böyük sərmayələr qoyur. Şirkət gələcəyin daha inteqrasiya olunmuş və interaktiv cihazlarda olduğunu vurğulayır.

Qeyd edək ki, bu açıqlamalar texnologiya dünyasında yeni mərhələnin başlanğıcını göstərir və smartfonların yaxın gələcəkdə “köhnə texnologiya” kimi qiymətləndirilməsinə səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru