"Qorxulu skrinşot" funksiyası: Hər toxunuşun qeydə alındığı telefon sızdırıldı

5-06-2025, 17:24           
"Qorxulu skrinşot" funksiyası: Hər toxunuşun qeydə alındığı telefon sızdırıldı
2024-cü ildə Şimali Koreyadan gizli şəkildə çıxarılmış "Samtaesung 8" smartfonu jurnalistlərin əlinə keçib.

"Daily Mail" nəşri xəbər verir ki, smartfon istifadəçinin hər bir hərəkətini izləyən "qorxulu skrinşot" funksiyası ilə təchiz olunub.

Proqram təminatı avtomatik olaraq hər beş dəqiqədən bir ekranın şəklini çəkərək, telefon sahibi üçün əlçatmaz olan qovluqda saxlayır.

Həmin qovluğa yalnız Şimali Koreya hökumət orqanları baxa bilirlər. Bu sistem vətəndaşların qadağan edilmiş informasiyanı axtarmadığına və hökuməti tənqid edən hər hansı bir məlumat paylaşmadığına əmin olmağa imkan verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru