Britaniyada toz zərrəsi boyda skripka hazırlandı

5-06-2025, 17:18           
Britaniyada toz zərrəsi boyda skripka hazırlandı
Böyük Britaniyanın Lafboro Universitetinin fizikləri platindən hazırlanmış miniatür skripka düzəldiblər.

Oxu.Az xəbər verir ki, bu barədə Phys.org portalı məlumat yayıb.

Skripkanın uzunluğu cəmi 35 mikron (metrin milyonda bir hissəsi), eni isə 13 mikron təşkil edir.

Bu ölçülər insan saçının qalınlığından da kiçikdir. Müqayisə üçün bildirək ki, insan saçının diametri 17-80 mikron arasında dəyişir.

Hazırlanan skripka ölçüsünə görə adi bir toz zərrəciyini xatırladır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru