HƏMAS yeni şərtini açıqlayıb

7-06-2025, 08:18           
HƏMAS yeni şərtini açıqlayıb
Fələstinin HƏMAS hərəkatı İsrailin hərbi əməliyyatları dayandıracağı təqdirdə Qəzza zolağına nəzarəti Fələstinin digər strukturlarına verməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” HƏMAS nümayəndəsi Xəlil əl-Həyaya istinadən məlumat yayıb.

“İsrailin hərbi əməliyyatlarına son qoymaqla bağlı razılıq əldə olunarsa, HƏMAS Qəzzaya nəzarəti dərhal peşəkar milli Fələstin strukturuna verməyə hazırdır”, - Xəlil əl-Həya deyib.

O, İsrail hökumətinin atəşkəs razılaşmasına nail olmaq üçün danışıqlara maneələr yaratdığını qeyd edərək, HƏMAS-ın da öz növbəsində növbəti ciddi danışıqlara hazır olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru