İlon Mask Rusiyadan raket almaq istəyib

11-06-2025, 11:17           
İlon Mask Rusiyadan raket almaq istəyib
Amerikalı iş adamı İlon Mask Rusiyadan raket almaq istəsə də, rədd cavabı alıb.

NEWS.ru xəbər verir ki, bu barədə onun atası, mühəndis və sahibkar Errol Mask danışıb.

"İlon Rusiyada idi, burada raket almağa çalışırdı. Hamımızın bildiyimiz kimi, ən yaxşı raketlər burada hazırlanır. Ona raket vermədilər. Onun zarafat etdiyini zənn etdilər", - ata Mask gülərək deyib.

Qeyd edək ki, Errol Mask "Gələcəyin Forumu 2050"də iştirak etmək üçün Rusiya paytaxtına gəlib. Forumun saytında o, məruzəçi kimi qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru