Rusiyada "Baza" "Telegram" kanalının işi üzrə üç polis əməkdaşı həbs edilib
Dünən, 15:38
Moskva şəhərinin Zamoskvoretsk Rayon Məhkəməsi Daxili İşlər Nazirliyi İdarəsinin (DİN) Belqorod üzrə 3 saylı polis idarəsinin cinayət axtarış şöbəsinin baş əməliyyatçısı Aleksandr Selivanovu, DİN-in Krasnodar üzrə növbətçi hissəsinin rəisi Aleksandr Ablyayevi və DİN-in "Krasnoyarskoe" Bələdiyyələrarası İdarəsinin cinayət axtarış şöbəsinin baş əməliyyatçısı Sergey Kovalyovu "Baza" "Telegram" kanalının jurnalistlərindən rüşvət almaq və vəzifə səlahiyyətlərindən sui-istifadə etmək ittihamı üzrə həbs edib.
Bu barədə TASS xəbər verir.
Məhkəmə onların hər birini bir ay 27 gün müddətinə həbs edilməsinə dair hökm çıxarıb. Bildirilir ki, Selivanov öz təqsirini etiraf edib.