Prezidentin bir müddət öncə şiddətli töhmət verdiyi sədrdən yeni layihə / 267 min manatı...

Bu gün, 11:47           
Prezidentin bir müddət öncə şiddətli töhmət verdiyi sədrdən yeni layihə / 267 min manatı...
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunda "Arxeoloji sərgi mərkəzi"nin yaradılması layihəsi üzrə keçirilən tenderin qalibini açıqlayıb.

32gun.az xəbər verir ki, “ATASHGAH ART CENTER” Məhdud Məsuliyyətli Cəmiyyəti bu layihənin həyata keçirilməsi üçün seçilib.

Təklifin qiyməti 267777,40 AZN təşkil edir.

Layihənin icrası ilə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda arxeoloji sərgi mərkəzinin yaradılması planlaşdırılır.

Bildirək ki, qalib şirkətin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi AYTƏN HƏSƏNOVA YAVƏR QIZIdır.

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevdir. Prezident İlham Əliyev bu il martın 4-də imzaladığı sərəncamla ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru