Sisi: “Nil suyu Misir üçün həyati əhəmiyyət daşıyır, təhdidlərə göz yummayacağıq”
Bu gün, 11:29
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Nil çayının ölkəsi üçün həyati əhəmiyyət daşıdığını və su təhlükəsizliyinə hər hansı təhdidə qarşı sərt mövqe tutacaqlarını vurğulayıb. O, Nil hövzəsi ölkələrinin əməkdaşlığının vacibliyini qeyd edərək, inkişaf layihələrinin Misir və Sudana çatan su həcmini azaltmamalı olduğunu deyib.
Qeyd edək ki,Efiopiyanın Mavi Nil üzərində inşa etdiyi Hedasi bəndi 2020-ci ildə doldurulub, 2022-ci ildə isə elektrik istehsalına başlayıb. Misir və Sudan su paylarının qorunması üçün üçtərəfli razılaşma tələb edir.